Amerikalı aktrisa Konni Britton BMT-nin xoşməramlı səfiri təyin olunub - FOTO

Amerikalı aktrisa Konni Britton BMT-nin xoşməramlı səfiri təyin olunub - <span style="color: red;">FOTO
# 03 aprel 2014 23:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) amerikalı aktrisa Konni Brittonu xoşməramlı səfir təyin edib.

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, K.Brittonun əsas fəaliyyət istiqaməti qadın hüquqlarının müdafiəsi və yoxsulluğa qarşı mübarizə olacaq.

Qeyd edək ki, K.Britton mütəmadi olaraq xeyriyyə tədbirlərinə dəstək verməklə, yoxsulluğun azaldılması istiqamətində səylərin gücləndirilməsinin və qadınların hüquqlarının müdafiəsinin tərəfdarı kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR