Avropa Birliyi Ukraynanın "Qazprom"a olan borcunu ödəmək niyyətindədir

Avropa Birliyi Ukraynanın "Qazprom"a olan borcunu ödəmək niyyətindədir
# 05 mart 2014 02:56 (UTC +04:00)

APA-nın “Fran Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq açıqlamanı AB-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger verib. Onun sözlərinə görə, borclar üzrə ödəmələrin həyata keçirilməsi Avropa Komissiyasının Ukraynaya yardım paketinin əsas hissəsidir.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Pia Hansenin sözlərinə görə, təşkilat artıq martın 5-də Ukraynaya yardım paketini razılaşdıra bilər.

Bundan əvvəl verilən məlumata görə, “Qazprom” aprel ayından Ukraynaya nəql olunacaq qaza endirimləri ləğv etdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR