Azərbaycanlı şagird XI Türk Dili Olimpiadasında ikinci yeri tutub

Azərbaycanlı şagird XI Türk Dili Olimpiadasında ikinci yeri tutub
# 09 iyun 2013 19:24 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Türkiyədə keçirilən XI Türk Dili Olimpiadasında azərbaycanlı şagird ikinci yeri qazanıb.

APA-nın məlumatına görə, “Beynəlxalq Dil və Mədəniyyət” festivalı çərçivəsində keçirilən olimpiadanın şeir müsabiqəsinin finalında Azərbaycanlı şagird Türkan Məmmədova türk yazarı Ərdəm Bəyazidin “Birazdan gün doğacaq” şerini söyləyib və ikinci yeri qazanıb.

Medalı ona Türkiyənin gənclər və idman naziri Suat Kılıç təqdim edib.

Eyni müsabiqədə birinci yeri bolqarıstanlı Martin Yordanov, üçüncü yeri isə filippinli Gueinvere Camacho tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR