Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 12 iyun 2014 15:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (“Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN “Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR