Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ həbsdən azad edilib - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ həbsdən azad edilib - <span style="color: red;">VİDEO
# 07 mart 2014 16:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə qərar İstanbul 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən bu gün qəbul edilib.

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi martın 6-da Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun fərdi müraciətinə baxaraq, İ.Başbuğ haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə onun vəkilinin aşağı məhkəmə instansiyasında qaldırdığı vəsatətə baxılmamasını fərdin azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirib.

“Ergenekon” işinə baxan İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi İ. Başbuğ haqqında məhkəmə qərarının izah hissəsinin hələ yazılmadığını səbəb göstərərək vəkilin vəsatətini baxış üçün qəbul etməmişdi.

İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi ləğv olunduğundan Türkiyə Konstitusiya Məhkəməsinin qərarı əsasında işə yenidən baxan 20-ci Ağır Cinayətlər Məhkəməsi bu gün İ. Başbuğun azadlığa buraxılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR