TQDK magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

TQDK magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib
# 24 fevral 2014 10:24 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 2-dək komissiyanın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. İmtahanın keçiriləcəyi yer və tarix, eləcə də digər zəruri məlumatlar “Bakalavrın imtahana buraxılış vərəqi”ndə qeyd olunacaq.


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi martın 2-də keçiriləcək. Magistraturaya qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Mingəçevir şəhərlərində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR