Mayın sonunadək daha dörd rayonda əmək yarmarkası keçiriləcək

Mayın sonunadək daha dörd rayonda əmək yarmarkası keçiriləcək
# 13 may 2014 10:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. May ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “APA-Economics”ə verilən məlumata görə, hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.

Tədbirlərdə ayrı-ayrı iş axtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.

Qeyd edək ki, əmək yarmarkaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur.

Xatırladaq ki, cari ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR