Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 4% ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 4% ucuzlaşıb
# 15 yanvar 2014 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 3,9% aşağı düşüb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 3,4% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1%, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 1,7% bahalaşıb.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,3%, qida məhsullarının istehsalı üzrə 2,3%, elektrik avadanlıqlarının istehsalı üzrə 2,0%, mebel istehsalı üzrə 1,3%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 1,1%, toxuculuq sənayesi üzrə 0,3%, metallurgiya sənayesi üzrə 0,1% ucuzlaşıb, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 2,2%, kimya sənayesi üzrə 2,0%, tütün məmulatlarının istehsalı üzrə 1,5%, içki istehsalı üzrə 1,3%, tikinti məmulatlarının istehsalı üzrə 0,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə istehsalçı qiymətləri 0,2% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR