Türkiyənin Antalya bölgəsində 4.3 bal gücündə zəlzələ olub

Türkiyənin Antalya bölgəsində 4.3 bal gücündə zəlzələ olub
# 26 dekabr 2013 02:51 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Antalya bölgəsində Rixter cədvəli ilə 4.3 bal gücündə zəlzələ olub. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanlar dekabrın 25-də yerli saatla 20.11-də qeydə alınıb.

Episentri yerin 120 km dərinliyində olan zəlzələ Antalya şəhərində də hiss olunub. Əhalinin bir hissəsi təşvişdən küçələrə axışıb.

Zəlzələ nəticəsində tələfat və dağıntının olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR