Bakıda “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda beynəlxalq seminar keçirilir - FOTO

Bakıda “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda beynəlxalq seminar keçirilir - <span style="color: red;">FOTO
# 15 iyul 2013 13:56 (UTC +04:00)

Bakı-APA. Bakıda Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı ilə (ANPED) birgə Mərkəzi Asiya və Şərqi Avropa vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda iki günlük seminar öz işinə başlayıb.

BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, tədbirdə 12 ölkədən 20-dən çox təşkilat, vətəndaş cəmiyyəti nümayəndələri, həmçinin ekspertlər iştirak edib. ANPED-in Baş direktoru, BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi və BMT-nin rezident koordinatorunun müavini, müxtəlif hökumət qurumları, nazirliklərin nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərliyi də tədbirə qatılıblar. Tədbiri Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu açaraq iştirakçıları, vətəndaş cəmiyyəti nümayəndələrini salamlayaraq, onlara seminarda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. O, ilk öncə iştirakçılara tədbirin məqsəd və vəzifələri barədə məlumat verib, bu ideyanın ANPED tərəfindən irəli sürüldüyünü və bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. U.Rəhimoğlu tədbirdə müzakirə olunacaq vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlərə də toxunaraq məhz tədbirin bu problemləri aşkar edib onları aradan qaldırmağa yardım edəcəyinə ümid etdiyini qeyd edib.

Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı-nın icraçı direktoru Leida Rijnhout çıxış edərək bu tədbirin Bakıda keçirilməsinə və tədbirdə müxtəlif təcrübədən olan insanların, həmçinin dövlət nümayəndələrinin olmasından çox şad olduğunu bildirib. ANPED-in icraçı direktoru Leida Rijnhout təşkilat haqda məlumat verərək yaşıl iqtisadiyyat haqda təqdimat edərək iştirakçılarla ekoloji problemlər haqda danışıb.

BMT-nin rezident koordinatorunun müavini Nata Ahazlaşvili ilk öncə BMT-nin 2000-ci ilin Sentyabr ayında 108 ölkənin imzaladığı Minilliyin İnkişafı deklarasiyadan söz açaraq, bu proqramın 2015-ci ildə bitdiyini, amma məsələlərin hələ də aktual olaraq qaldığını bildirib. Aclıq, yoxsulluq, uşaq ölümləri və bir çox problemlərin hələ də ölkələrin qarşısında duran ən böyük məsələlərdən olduğunu söyləyib. Məhz bu səbəbdən ölkələrdə davamlı inkişafın təşkili və 2015-ci ildən sonra da bu problemlərin həll edilməsi üçün müxtəlif mexanizmlərin istifadəsinin vacibliyini vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Elman Paşayev Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf proqramı haqqında danışaraq, qarşıda duran məqsədlərə nail olmaq üçün belə tədbirlərin təşkilinin məqsədəuyğun olduğunu bildirib. Akademik, UNESCO-nun İnsan və Biosfer milli komitəsinin sədri, Azərbaycan Respublikası Pprezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanın inkişaf yolu və “Yaşıl İnkişaf” proqramı haqda iştirakçılara ətraflı məlumat verib. O, eyni zamanda Qarabağ probleminə də toxunaraq, bu məsələnin bir çox problemlərin həll olunmasında və bir çox sferaların inkişafında həlledici rol oynadığını deyib.

Davamlı istehlak və istehsal mərkəzi “Wuppertal” institunun məsləhətçisi Georgina Guillen yaşıl iqtisadiyyat haqda öz düşüncələrini dilə gətirib və ekoloji layihələr haqda ətraflı danışıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Beynəlxalq Əlaqələr və Proqramlar Departamentinin rəhbəri Nick Nvolisa geniş müzakirə üçün Rusiya təmsilçisi və Beynəlxalq Diskussiya Klubunun üzvü Andrey Ojarovski, Gürcüstanın “Am Cham” təmsilçisi, CSR komitəsinin sədri Marqarita Jiznevskaya, İqlim Dəyişikliyi İnkişaf Alyansı təmsilçisi Aytəkin Əskərova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktor əvəzi İmran Əbdulovu təqdim edərək onları müzakirəyə dəvət edib. Adı çəkilən iştirakçılar çıxış edərək ətraflı müzakirə aparıblar.

Günün ikinci yarısı Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov və Sosial İqtisadi İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov çıxış ediblər. F.Qurbanov Azərbaycanda QHT-lərin vəziyyəti, onlara dövlət dəstəyinin formasından danışıb. V.Bayramov ölkəmizdə neft istehsalı, neft sektroru ilə yanaşı qeyri-neft sektorunun inkişafından söz açıb.

Qazaxıstan və ECOM İctimai Birliyi təmsilçisi Svetlana Vladimirovna yaşıl iqtisadiyyat və bu sahədə dövlət dəstəyindən danışıb. Ukrayna təmsilçisi Zoriana Mişçuk əsasən öz ölkəsindəki dayanıqlı inkişaf proqramlarının tətbiqi və bu sahədə çatışmayan cəhətləri qeyd edib.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi Siyasət, Təhlil və Proqnozlaşdırma şöbəsinin sektor müdiri Vüqar Abdullayev Azərbaycanda yoxsulluğun son illərdə 6 %-ə qədər endiyini və bu sahədə görülən digər işlərdən söz açıb.

“Am Cham CSR” komitəsinin sədri Marqarita Jiznevskaya ekoloji hərəkət planı haqda təqdimat keçirərək beynəlxalq korporasiyaların ekologiya müdafiəsinə yönəlmiş layihələrdən danışıb. Tədbirin sonunda Nazirlər Kabinetinin Qaçqın və Məcburi Köçkünlər Şöbəsinin təmsilçisi Cəlil Hacıyev Azərbaycanda qaçqınların şəraitinin yaxşılarşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışıb. O, tezliklə Qarabağ probleminin sülh yolu ilə həll olunacağına ümid etdiyini də vurğulayıb.

Seminar iştirakçıları Bakıdakı Şəhidlər Xiyabanının ziyarət edib, BAMF-ın baş ofisi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR