Ermənilər Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar - VİDEO

Ermənilər Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 16:54 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ən çox kənd sakini Rasim Qasımovun və onun qohumu Əli Məmmədovun evi zərər görüb. Başqa yaşayış evlərinə də güllələr dəyib.

Kənd sakinlərinin sözlərinə görə, erməni hərbçiləri günün müxtəlif saatlarında kəndi intensiv atəş altında saxlayıblar. Xoşbəxtlikdən yerli əhali arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, ermənilər bir neçə gün əvvəl Qapanlını intensiv atəşə tutublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR