Elçin Behbudov müvəqqəti saxlanma yerlərində monitorinq keçirib

Elçin Behbudov müvəqqəti saxlanma yerlərində monitorinq keçirib
# 05 may 2014 14:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, Neftçala və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində aparılan monitorinqlər zamanı hər iki saxlama yerində saxlanılan şəxs olmayıb: ”Saxlanma yerləri standartlara cavab versə də, problemlər də var idi”.

E. Behbudov bununla bağlı sabah daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR