NATO-nun keçmiş baş katibi: “Qərb İranla təzyiq və təhdid yolları ilə deyil, diplomatik dillə danışmalıdır”

NATO-nun keçmiş baş katibi: “Qərb İranla təzyiq və təhdid yolları ilə deyil, diplomatik dillə danışmalıdır”
# 13 iyun 2013 11:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran bölgənin əhəmiyyətli aktyorlarından biridir. Bu ölkəyə qarşı nüvə fəaliyyətlərindən dolayı təzyiq və təhdid yolları istifadə edilməməlidir. Qərb İranla diplomatik dillə danışmalıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri NATO-nun keçmiş baş katibi Jaap da Hoop Şaffer bildirib.

Onun sözlərinə görə, İran nüvə elminə sahib olmaq istəyir: “Bu ölkənin nüvə silahı əldə etmək niyyətində olduğunu zənn etmirəm”.

NATO-nun baş katibi İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə də toxunub: “Dünya ictimaiyyəti və Qərbin İranı siyasi mövzularda ciddi qəbul etməsi vəziyyətində görüşlərin müsbət nəticələnəcəyinə ümid etmək olar”.

J.Şaffer deyib ki, Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyadakı böhranın siyasi yollarla həll edilməsi, yaxud da İranın nüvə proqramının nizamlanması üçün rəsmi Tehranın əməkdaşlığına ehtiyac var: “Qərb Suriyadakı böhranın həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan yığıncağa İranı da dəvət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR