Azərbaycanda bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi açıqlanıb

Azərbaycanda bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi açıqlanıb
# 28 noyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2012-ci ildə bu vəsaitin həcmi 1040 manat olub.

Bu il Azərbaycanda bir nəfər məcburi köçkünə xərclənən vəsait dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü illə müqayisədə 9 dəfə çoxdur.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrin icrasına uyğun olaraq məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub. Görülən bu işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75%-dən 15%-dək azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR