Çində mədəndə baş vermiş partlayış nəticəsində 20-dən çox fəhlə ölüb

Çində mədəndə baş vermiş partlayış nəticəsində 20-dən çox fəhlə ölüb
# 11 may 2013 19:10 (UTC +04:00)

Bakı-APA. Çinin cənubunda mədəndə baş vermiş partlayış nəticəsində ən azı 22 fəhlə ölüb, 9 nəfər itkin düşüb. APA-nın məlumatına görə, bu barədə “Sinhua” agentliyi xəbər verir.

Qaz partlayışı Sıçuan vilayətinin “Taotsıqoy” mədənində baş verib. Partlayış baş verən an yerin altında şaxtada 102 fəhlə olub.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR