Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçirilir

Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçirilir
# 07 may 2014 10:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı işinə başlayıb.

APA-nın məlumatına görə, festival Heydər Əliyev Fondunun təşəbbüsü, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir.

Mayın 9-dək davam edəcək festivalda dünyanın 27 ölkəsindən 29 tanınmış rəssam iştirak edir. 2010-cu ildən etibarən keçirilən festivalın əsas məqsədi Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR