Daha bir Azərbaycan bankı İslam maliyyələşdirməsi üçün xaricdən iri kredit cəlb edib

Daha bir Azərbaycan bankı İslam maliyyələşdirməsi üçün xaricdən iri kredit cəlb edib
# 04 mart 2014 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Turanbank» ASC 5 mln. ABŞ dolları həcmində kredit cəlb edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı Bank ilə İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu, Bankın İslam maliyyələşdirməsi layihələri üzrə imzaladığı sayca 5-ci kredit sazişidir. Ənənəvi bankçılığa paralel olaraq, İslam bankçılığının ölkənin maliyyə sektorunda tətbiqi üçün fəal təşviqat aparan «Turanbank» İslam maliyyələşdirməsi istiqamətində ICD və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı Qrupu) ilə fəal əməkdaşlıq edir. Qeyd olunan beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində «Turanbank» İslam Bank Məhsulları olan Murabaha (təkrar satış), Wakala, iki mərhələli Murabaha və İcarəni həyata keçirir.

Qeyd edək ki, «Turanbank» 2012-2015-ci illər üzrə Strateji Planın əsas hədəflərindən biri olan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi ilə yanaşı 2015-ci ilə qədər pərakəndə İslam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etməyə imkan verəcək İslam bankçılığı pəncərəsinin açılması istiqamətində də işlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR