İslamabadda “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” yaradılıb

İslamabadda “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” yaradılıb
# 04 iyun 2013 13:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. İslamabadda Pakistanın Sülh və Diplomatiya İnstitutunun (İPD) təşkilatçılığı ilə “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” yaradılıb. APA-nın “Pakistan in the World” agentliyinə istinadən verdiyi məlumata görə, cəmiyyətin əsas məqsədi hər iki ölkə xalqların arasında təmasları daha da artırmaq, hər iki ölkə barədə məlumatları toplamaqdır.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qeyd edib ki, iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur və bu cür gənclər forumlar əməkdaşlığını yeni səviyyələrə qaldırmağa kömək edəcək: “Baxmayaraq ki, hökumətlərarası əlaqələrimiz sıxdır, insanlararası əlaqələrini bu cür təşəbbüslərin köməyi ilə inkişaf etdirə bilərik”.

Tədbirdə çıxış edən “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti”nin prezidenti, xanım Asiya Mahar təşəbbüs barədə qonaqlara məlumat verib. O vurğulayıb ki, hər iki ölkədə gənclərin inkişafı və onların uğurlara nail olması təşkilatın əsas məqsədidir. A. Mahar həmçinin əlavə edib ki, təşəbbüs çərçivəsində dəyirmi masalar, görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR