XİN: Azərbaycan diplomatı məzuniyyətdə olarkən ürək çatışmazlığından vəfat edib

XİN: Azərbaycan diplomatı məzuniyyətdə olarkən ürək çatışmazlığından vəfat edib
# 01 avqust 2013 09:41 (UTC +04:00)

Azərbaycan XİN sözçüsü Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən rəhmətə gedib.

E. Abdullayev əlavə edib ki, ilkin məlumatlara görə, T. Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib.

Qeyd edək ki, 29 yaşlı Tural Qurbanovun Maldiv adalarında istirahət mərkəzlərindən birində məzuniyyət keçirərkən iyulun sonlarında vəfat etdiyi barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR