9 illik bazadan orta ixtisas məktəblərinə qəbul olmaq üçün 21 594 nəfər sənəd verib

9 illik bazadan orta ixtisas məktəblərinə qəbul olmaq üçün 21 594 nəfər sənəd verib
# 01 avqust 2013 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bu vaxta kimi 21 594 nəfər sənəd verib. Onun sözlərinə görə, sənəd verənlərdən 21 262 nəfəri Azərbaycan, 332 nəfəri isə rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu iyulun 17-dən avqustun 15-dək internet vasitəsilə aparılır. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR