“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib
# 03 iyun 2013 08:58 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edib. NK-dan APA-ya verilən xəbərə görə, qərar Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib. Əsasnaməyə edilən dəyişikliyə əsasən, vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən, vergi idarəsindən arayış və ya rüsumun ödənilməsi haqqında sənəd təqdim olunacaq.

Əsasənamənin 7-ci hissənin on dördüncü abzasının ikinci cümləsində, 99-cu hissənin beşinci abzasında və 154-cü hissənin birinci abzasında "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR