Hindistanda keçirilən parlament seçkilərində millətçilər qələbə qazanıb

Hindistanda keçirilən parlament seçkilərində millətçilər qələbə qazanıb
# 16 may 2014 23:47 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, Narendra Modinin rəhbərlik etdiyi partiya hakim “Hindistan milli konqresi”ni üstələyərək seçicilərin mütləq əksəriyyətinin səsini toplamağa müvəffəq olub.

Səslərin sayılmasının davam etməsinə baxmayaraq, “Xalq partiyası” artıq parlamentdə 543 yerdən 288-ni qazanaraq koalision hökumət qurmadan ölkəni idarə edəcək.

“Xalq partiya”sının lideri Modi praqmatik siyasətçi kimi tanınır. Onun seçkiqabağı proqramında iqtisadi islahatlar və işsizliklə mübarizə əsas yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR