Goranboy rayonunda avtomobil yanıb

Goranboy rayonunda avtomobil yanıb
# 24 oktyabr 2013 02:56 (UTC +04:00)

Bakı-APA. Goranboy rayonunda avtomobil yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzdən 14 km aralıda yerləşən Borsunlu kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR