Nazir müavini: «Azərbaycanda mobil nömrələrin daşınması prosesinə yaxın vaxtlarda start veriləcək» - APA TV

Nazir müavini: «Azərbaycanda mobil nömrələrin daşınması prosesinə yaxın vaxtlarda start veriləcək» - <span style="color: red;">APA TV
# 11 iyun 2013 08:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda mobil rabitə operatorlarının abunəçilərinin telefon nömrələrinin digər operatora daşınması prosesinə yaxın zamanlarda rəsmən start veriləcək. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Elmir Vəlizadə bildirib.

Nazir müavini qeyd edib ki, daşınan nömrələr layihəsi (MNP - Mobile Number Portability) üzrə hazırda gərgin iş aparılır və mobil rabitə operatorları layihə üzrə son tamamlama işləri həyata keçirir. «Yaxın bir müddət ərzində daşınan nömrələr layihəsinə start veriləcək və istənilən mobil rabitə abunəçisi nömrəsini dəyişmədən operatoru dəyişə biləcək», - deyə E.Vəlizadə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR