Aureliya Qriqoriu: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır” - VİDEO

Aureliya Qriqoriu: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır” - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 10:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Ombudsman Aparatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Moldovanın parlament ombudsmanı Aureliya Qriqoriu deyib.

A. Qriqoriu bildirib ki, tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır: “Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsini də təklif edirəm. Qoy ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etsin, hər kəs ermənilərin 1905-ci ildən başlayaraq Azərbaycanda törətdiklərini bilməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR