İstanbul Universitetində “Hüseyn Cavidin əsərləri” kitabının təqdimat mərasimi keçirilib

İstanbul Universitetində “Hüseyn Cavidin əsərləri” kitabının təqdimat mərasimi keçirilib
# 24 mart 2014 16:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İstanbul Universitetində “Hüseyn Cavidin əsərləri” kitabının təqdimat mərasimi keçirilib. Kitabın ön sözünün müəllifi Azər Turanın APA-ya verdiyi məlumata görə, təqdimat mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Azərbaycanın Türkiyədəki Konsulu Həsən Zeynalov, xalq şairi Sabir Rüstəmxanlı, Cavidşünas Kamran Əliyev, universitetin müəllimləri və başqaları iştirak edib.

Çıxış edənlər kitabın Türkiyədə çap olunmasının əhəmiyyətindən, Türk dünyasında Hüseyn Cavid irsinə olan sevgidən söz açıblar.

Qeyd edək ki, “Hüseyn Cavidin əsərləri” Türkiyədə ötən ilin iyulunda nəşr olunub. Kitabının nəşr olunma ideyası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR