Azərbaycanda tədris vəsaitlərinə nəşr hüququ verilməsi qaydaları təsdiq edilib

Azərbaycanda tədris vəsaitlərinə nəşr hüququ verilməsi qaydaları təsdiq edilib
# 25 dekabr 2013 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi qaydaları təsdiq edilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr verib. Əmrə əsasən, “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” təsdiq edildikdən sonra 1994-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində tədris ədəbiyyatının nəşrə planlaşdırılması və hazırlanması qaydalarına dair Təlimat” qüvvədən düşmüş hesab edilib.

Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıya “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş məsələləri (kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, təhsil proqramları, tədris resursları arasında sağlam rəqabətin stimullaşdırılması və s.) diqqət mərkəzində saxlamaq və qaydalara düzgün əməl olunmasını təmin etmək tapşırılıb. Əmrin icrasına isə nazir müavini Ceyhun Bayramov nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR