Lerik rayonunda yük maşını dərəyə aşıb

Lerik rayonunda yük maşını dərəyə aşıb
# 09 iyun 2014 08:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran-Lerik avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 57 yaşlı Yaqub Həsənovun idarə etdiyi “Ford” markalı yük avtomobili dərəyə yuvarlanıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR