Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
# 25 aprel 2014 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tural Məmmədli saxlanılıb. Müəyyən edilib ki, o, martın 10-na keçən gecə Pərviz Şirinova məxsus «Porshe» markalı avtomobildən, şüşəni sındırmaqla telefon, martın 18-də Mirəli Qaşqay küçəsində Mətanət Hümbətəliyevaya məxsus «Hyundai-Santafe» markalı avtomobildən, eyni üsulla içərisində 1000 manat və kosmetik ləvazimatlar olan əl çantası, aprelin 11-n keçən gecə isə Koveroçkin küçəsində İrina Hüseynovaya məxsus «Kia» markalı avtomobildən içərisində kosmetik ləvazimatlar olan əl çantasını oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR