Gəncədə ağır yol qəzasında xəsarət alan 4 nəfərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Gəncədə ağır yol qəzasında xəsarət alan 4 nəfərin şəxsiyyəti müəyyənləşib  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 dekabr 2013 21:37 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdaərsindən APA-nın qərb bürosuna verilən məlumata görə Daşkəsən rayon sakini, 1980-cı il təvəllüdlü Məmməd İsmayılov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirərək 1983-cü il təvəllüdlü Ukrayna vətəndaşı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub. Qəzadan sonra “VAZ 2107” yolun əks istiqamətində hərəkət edən, Samux rayon Sərkar kənd sakini, 1980-ci il təvəllüdlü Müseyib Hüseynovun digər “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində M. İsmayılova xəsus avtomobildə olan, Göygöl rayon Balçılı kənd sakinləri, 22 yaşlı Orxan Mehdiyev, 23 yaşlı Emin Tağıyev və M. Hüseynova məxsus ikinci “VAZ”-da olan 11 yaşlı Tahirə Hüseynova, 19 yaşlı Elvin Həsənov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər. Onalrın səhhətinin kafi olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza törədən “VAZ 2107”-nin sürücüsü Məmməd İsmayılov sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, Valentin Yuriyeviç Demyanenko avarçəkmə üzrə 3 qat dünya çempionudur. O, 2012-ci ildə London Olimpiyadasında Azərbaycanı avarçəkmə idman növü üzrə təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR