Dəmir yolunun Padar-Sığırlı mənzilində 10,5 km yol əsaslı təmir olunur - FOTO

Dəmir yolunun Padar-Sığırlı mənzilində 10,5 km yol əsaslı təmir olunur - <span style="color: red;">FOTO
# 10 iyun 2014 08:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. Bu gün Padar-Sığırlı mənzilində 10,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri ayın sonuna kimi davam edəcək. Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb və 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Büyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Arstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Arstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uçunülçülü relslərlə (pletlərlə) əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR