İçərişəhərdə yerləşən muzey sərgi zalında aşkar edilmiş tapıntıların təqdimatı keçirilib - FOTOSESSİYA

İçərişəhərdə yerləşən muzey sərgi zalında aşkar edilmiş tapıntıların təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2014 16:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən muzey sərgi zalında son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş tapıntıların təqdimatı keçirilib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, təqdimatda Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində arxeologiya və etnoqrafiya sahəsində əldə edilmiş uğurlar barədə məlumatlandırıb. Elmi nailiyyətləri əyani göstərən qiymətli artefaktları qonaqlara təqdim edən M.Rəhimova qiymətli metallardan olan nəfis işlənmiş artefaktların Azərbaycan xalqı və respublikası üçün dünya miqyasında istər elmi, istərsə də strateji dəyərini xüsusi olaraq qeyd edib.

AMEA prezidenti akademik A.Əlizadə Maisə Rəhimovanın rəhbərliyi altında institutun son dövrlərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan arxeologiyasının töhfələrinin respublika və dünya elmi üçün yüksək dəyərə sahib olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR