Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,6% enib
# 05 iyun 2013 06:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 208 bəndədək, S&P 500 0,6% - 1 634 bəndədək, Nasdaq 0,6% - 3 449 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə iki əsas amil səbəb olub. İlk növbədə Ticarət Nazirliyinin məlumatına görə, aprel ayında xarici ticarət kəsiri marta nisbətən 3,2 mlrd. dollar və ya 8,6% artaraq 40,3 mlrd. dollara çatıb. Bundan əlavə, bu gün Federal Ehtiyat Sisteminin Açıq bazarlar üzrə Komitəsinin üzvlərinin çıxışı gözlənilir və bu çıxışlar ərəfəsində bazarda əsasən enmə tendensiyaları yaranıb.

Avropa fond bazarlarında iyunun 4-də FTSE 100 indeksi 0,5% - 6 559 bəndədək, Almaniya DAX-ı 0,1% - 8 296 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 926 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 405,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3091 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR