Orxan Zeynalovun məhkəməsində şahid ifadələri dinlənilib

Orxan Zeynalovun məhkəməsində şahid ifadələri dinlənilib
# 02 iyul 2014 14:42 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Prosesdə hadisə baş verən gün Yeqor Şerbakov və Kseniya Popovanın birgə kafedə görüşdükləri dostları ifadə veriblər. Şahidlər hadisə baş verən gün Yeqor və Kseniya ilə kafedə pivə içdiklərini, daha sonra isə başqa kafeyə bilyard oynamağa getdiklərini söyləyiblər. Hadisə barədə bir gün sonra eşitdiklərini deyən şahidlər O. Zeynalovu tanımadıqlarını, onu ilk dəfə TV-də gördüklərini bildiriblər. Vəkillər, o cümlədən Orxan Zeynalov özü şahidlərdən Y. Şerbakovun cəsədini görüb-görmədiklərini, dəfndə iştirak edib-etmədiklərini soruşublar. Şahidlər isə Y. Şerbakovun cəsədini gördüklərini, dəfn mərasimində iştirak etdiklərini, mərhumun Moskvanın "Danilovski" qəbristanlığında dəfn olunduğunu vurğulayıblar.

Proses sabah şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, 9 cilddən ibarət olan Orxan Zeynalovun cinayət işində şahid qismində 25 nəfərin adı keçir. O. Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR