İmişlidə yaşayan fransız İvonna nənə: "Fransa prezidentini 10 dəfə öpdüm" - VİDEO

İmişlidə yaşayan fransız İvonna nənə: "Fransa prezidentini 10 dəfə öpdüm" - <span style="color: red;">VİDEO
# 12 may 2014 09:58 (UTC +04:00)

APA TV-nin verdiyi məlumata görə, prezidentlə görüşdən çox məmnun olan İvonna nənə görüş barədə ilk olaraq, oğluna zəng edildiyini deyib. Fransa prezidentinin görüşmək istədiyini deyərək onu Bakıya çağırıblar. İvonna nənə APA TV-yə təəssüratlarını bölüşüb: "İnanmazdım ki, yanıma gələr. Mənimlə çoxlu danışdı. Düşdü, özü gəldi. Boynumu qucaqladı, üzümdən öpdü. Mən də onu öpdüm. Bəlkə 10 dəfə öpmüşəm. O da məni öpüb".

Görüş zamanı İvonna Botta Şirməmmədovanın 1991-ci ildə Fransanın keçmiş prezidenti Fransua Mitterana vətəninə qayıtmaqla bağlı ünvanladığı məktub müzakirə edilib: "Xəbəri var imiş. O məktub barədə danışdıq".

Prezident Fransua Olland Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) köməkliyi ilə 64 ildən sonra - 2011-ci ildə Fransada olan İvanna nənəni yenidən bu ölkəyə dəvət edib: "O, Fransaya getməyimi bilirmiş. Dedi ki, bir də gələrsən. Dedim, ancaq gəlsəm, gəlib sizi tapacağam".

O, görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin də iştirak etdiyini, onunla təqaüd məsələsini danışdıqlarını deyib.

86 yaşlı İvonna Botto Jak Azərbaycana 1947-ci ildə gəlin gəlib.

Onun həyat yoldaşı, Sovet ordusunda döyüşən sıravi Şəmməd Şirməmmədov 1944-cü ildə faşistlərə əsir düşüb və İtaliyadakı əsir düşərgəsinə aparılıb. ABŞ ordusu İtaliyanı azad edəndə o, Fransaya qaçmağa müvəffəq olub. Fransa Azadlıq Hərəkatına qoşulan sıravi əsgər İvonna ilə tanış olub və müharibədən iki il sonra onunla ailə həyatı quraraq Azərbaycana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR