“Azərbaycanda insan hüquqları: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib - FOTO

“Azərbaycanda insan hüquqları: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 11:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq İnsan Haqları Gününə həsr olunmuş “Azərbaycanda insan hüquqları: problemlər və perspektivlər” mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq heç bir ölkənin, o cümlədən Britaniyanın da mükəmməl olmadığını deyib: “Hər bir ölkədə bəzi sahələrin təkmilləşdirilməsinə ehtiyacı var. Böyük Britaniya hökuməti inanır ki, bütün dünyada hökumətlər və cəmiyyətlər şəffaf, tənqidə açıq olmalı, insan hüquq və azadlıqları təmin edilməlidir”.

Səfir korrupsiyaya qarşı mübarizənin vacibliyini də vurğulayıb.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hokan isə bildirib ki, hər bir insan azaddır və onun hüquqları var: “İnsan heç bir irqi, cinsi, etnik, mədəni fərqliliyinə baxmadan hüquqlarından istifadə edə bilər”.

Qeyd edək ki, tədbirdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muizniks də “Skype” bağlantısı ilə çıxış edib.

Tədbirə Norveç, İsveç, Almaniya və digər ölkələrin səfirliklərinin nümayəndələri qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR