Azərbaycanın müdafiə naziri Serbiya səfirini qəbul edib - FOTO

Azərbaycanın müdafiə naziri Serbiya səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 30 yanvar 2014 13:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlığı, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barədə məsələləri müzakirə edib.

General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.

Öz növbəsində səfir Zoran Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR