Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə  yaralanıb - VİDEO

Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə  yaralanıb - <span style="color: red;">VİDEO
# 30 mart 2014 13:17 (UTC +04:00)

Hilvanda muxtar (kənd icra nümayəndəsi) seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb.

Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib.

Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb.

Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR