Rusiya Ukraynada böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb - VİDEO

Rusiya Ukraynada böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb - <span style="color: red;">VİDEO
# 17 mart 2014 12:28 (UTC +04:00)

Bakı - APA. Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır.

Rusiyanın təklifləri aşağıdakılardır:

- ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması;

- Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi;

- Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması;

- Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması;

- Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi;

- Rus dilinə ikinci dövlət dili statusunun verilməsi.

Rusiya XİN bu təkliflərin bir həftə əvvəl ABŞ, Avropa ölkələri və digər tərəfdaşlara təqdim edildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR