Pərviz Həşimlinin məhkəməsi davam etdirilib

Pərviz Həşimlinin məhkəməsi davam etdirilib
# 14 aprel 2014 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi maşından çıxan 2800 manatın üzərində Pərviz Həşimlinin əl izlərinin olub-olmaması barədə və digər bir neçə vəsatət verib. Lakin məhkəmə vəsatətləri rədd edib.

Məhkəmə iclası aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR