Belçikanın ənənəvi Ham şəhər bayramında Azərbaycan diasporu da təmsil olunub - FOTO

Belçikanın ənənəvi Ham şəhər bayramında Azərbaycan diasporu da təmsil olunub - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 09:36 (UTC +04:00)

Bakı-APA. Hər il ənənəvi olaraq Belçikanın Ham şəhərində keçirilən bayram şənliklərində Azərbaycan Belçika Dostluq Cəmiyyəti də təmsil olunub. Müxtəlif millətlərin mədəniyyətinin tanıdıldığı festivalda bu il ilk dəfə olaraq Belçikada yaşayan uyğur türkləri də qatılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Ham şəhər bələdiyyəsinin təşkil etdiyi mədəniyyət və əyləncə tədbirlərinə artıq dördüncü dəfə dəvət edilməsindən məmnunluğunu bildirib. Festivalda ilk dəfə olaraq uyğur türkləri də iştirak ediblər. Gülnisə Taipovanın təqdim etdiyi uyğur xalq rəqsləri iştirakçıları heyran edib.

Builki şəhər bayramına dörd stendlə qatıldıqlarını deyən Ayhan Dəmirçi Azərbaycan mədəniyyətini, tarixini təbliğ etmək, belçikalılara, eləcə də buradakı xaricilərə ölkəmizi tanıtmaq üçün flamand dilində 2000 ədəd kitab paylanıldığını bildirib. İştirakçıların diqqətini çəkmək məqsədilə Azərbaycan coğrafiyasını, təbiətini, tarixini, turizmini əks etdirən videolar da göstərilib, qonaqlara CD, broşür və aksessuarlar təqdim olunub.

Daha bir stenddə isə festival iştirakçıları Azərbaycan mətbəxinin ləziz nümunələri - şirniyyat, dolma, plov kimi yeməkləri ilə tanış olmaq və dadmaq imkanı qazanıblar.

Festivala qatılan hər kəs Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluqlarını ifadə ediblər. Təşkilatçılar isə belə tədbirlərdə davamlı iştirak etmələrini istəyiblər.

Cəmiyyətin sədri Ayhan Dəmirçi isə öz növbəsində Azərbaycan, Türk dünyası bayraqlarının Ham şəhəində dalğalanmasına vəsilə olan, ölkəmizin tanıdılmasına şərait yaradan Ham şəhər bələdiyyəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR