Azərbaycanda avtomobil istehsalı 3 dəfədən çox artıb

Azərbaycanda avtomobil istehsalı 3 dəfədən çox artıb
# 19 may 2014 12:34 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 dəfə çoxdur.

Bu ilin 4 ayında ölkədə 105 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Həmçinin, bu müddət ərzində ölkədə 441 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,2 dəfə artıqdır.

Ümumilikdə bu ilin yanvar-aprel aylarında maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 118,8 mln. manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin 4 ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalında 11,5%, avtomobil və qoşquların istehsalında 2,5 dəfə, nəqliyyat vasitələrinin istehsalında isə 3,8 dəfə artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR