Astarada ikimərtəbəli ev yanıb

Astarada ikimərtəbəli ev yanıb
# 29 dekabr 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Astara rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 19 km aralıda yerləşən Tüləküvan kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan ikimərtəbəli 4 otaqlı ev yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR