Kişinyovda 2-si azyaşlı uşaq olmaqla, 6 nəfər ağır yol qəzasında ölüb

Kişinyovda 2-si azyaşlı uşaq olmaqla, 6 nəfər ağır yol qəzasında ölüb
# 15 yanvar 2014 00:56 (UTC +04:00)

Bakı-APA. Moldovanın paytaxtı Kişinyovda 2-si azyaşlı uşaq olmaqla, 6 nəfər ağır yol qəzasında ölüb, daha 5 nəfər isə xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Moldova FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, salonlarında iki ailənin olduğu “Renault Megane” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər ölüb. Qəza qurbanlarının arasında 1 aylıq körpə və 2 yaşlı uşağın da olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanları ciddi deformasiyaya uğramış avtomobillərdən xüsusi avadanlıq və texnika vasitəsilə çıxarmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR