Con Kerri: “İsrail və Fələstin münaqişəni 9 ay ərzində həll etmək niyyətindədir”

Con Kerri: “İsrail və Fələstin münaqişəni 9 ay ərzində həll etmək niyyətindədir”
# 30 iyul 2013 19:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Tərəflər bu gün statusla bağlı yekun məsələlərin, habelə əsas və digər məsələlərin danışıqlar masasında olmasına dair razılığa gəliblər... Bizim vəzifəmiz 9 ay ərzində statusla bağlı yekun razılığa gəlməkdir”, deyə Kerri İsrail və Fələstin nümayəndə heyətlərinin rəhbərləri Tsipi Livni və Saeb Erekatın iştirak etdiyi mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, danışıqlar yaxın zamanda başlayacaq və onların məzmunu razılaşma əldə olunanadək məxfi saxlanacaq. “Tərəflər formal danışıqlara başlamaq üçün qarşıdakı iki həftə ərzində İsraildə, yaxud da Fələstin torpaqlarında görüşəcəklər”, deyə Kerri qeyd edib.

Onun sözlərinə görə, tərəflərin ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə görüşü “çox pozitiv” olub.

Kerri vurğulayıb ki, müstəqil Fələstin dövlətinin yaranması İsrailin marağındadır, çünki bu bölgədə sülhün və inkişafın bərqərar olmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR