Bakıda axtarışda olan 5 nəfər tutulub

Bakıda axtarışda olan 5 nəfər tutulub
# 24 iyun 2014 09:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 5 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət - axtarış şöbəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Elxan Məmmədov, 1977-ci il təvəllüdlü Ramiz Əliyev və 1960-cı il təvəllüdlü Eyvaz Məmmədov və Emin Ələsgərov tutulublar.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1997-ci il təvəllüdlü Rahib Lətifov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR