“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edilib

“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edilib
# 28 dekabr 2013 08:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərti ilə ödənilir. Diplomatik nümayəndəliklərin rəhbərlərinin himayəsində olan məktəbyaşlı uşaqların təhsil haqqı isə diplomatik nümayəndəliyin yerləşdiyi ölkənin müvafiq təhsil müəssisəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında ödənilir.

Diplomatik nümayəndəliklərin balansında olan Azərbaycana məxsus binalar və əmlak yanğın, partlayış, təbii fəlakət, oğurluq, soyğunçuluq, həmçinin istilik sistemi, su kəməri və kanalizasiya şəbəkəsində baş vermiş qəza, o cümlədən nəqliyyat vasitələri yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, oğurluq və oğurluğa cəhd risklərindən sığortalanır. Diplomatik nümayəndəliklərin rəhbərləri qeyd olunan risklərin sığortası, həmçinin nümayəndəliyin yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən müvafiq icbari sığorta növləri üzrə sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. Sığorta müqaviləsi Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra imzalanır. Sığorta haqlarının ödənilməsi üçün tələb olunan vəsaitlər diplomatik nümayəndəliklərin xərclər smetasında müvafiq təsdiqedici sənədlər əsasında nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR