DSK və MSK üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək

DSK və MSK üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək
# 01 avqust 2013 07:17 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.


APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda MSK hüquq şöbəsinin müdiri İradə Hacıyeva deyib.

İ. Hacıyeva bildirib ki, adıçəkilən kurslar Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən tədbirlərin davamı olaraq reallaşacaq.

Kurslar regionlarda 5-7 avqust tarixlərində keçiriləcək.

Qeyd edək ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR