İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 08 noyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 7 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

İranın Hörmüzqan vilayətində 2 nəfər qətl ittihamı ilə edam olunub. Onların ad və soyadları da açıqlanıb. Əhməd Cəngicu və İsmayıl Mahmudi 2009-cu ildən həbsdədirlər. Onlar noyabrın 7-də səhər saatlarında Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər.

Bundan əlavə 5 nəfər Kirman vilayətində narkotik maddələrin qaçaqmalçılığına görə edam edilib. Onların ad və soyadları açıqlanmayıb. Məhbuslar noyabrın 6-da səhər saatlarında Ciroft şəhər həbsxanasında dara çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR