Türkiyə XİN Misirlə müqavilələrin dondurulması barədə məlumatı təkzib edib

Türkiyə XİN Misirlə müqavilələrin dondurulması barədə məlumatı təkzib edib
# 30 iyul 2013 23:51 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə XİN-in yazılı açıqlamasında bildirilir.

“Bu məlumatlar əsassızdır. Türkiyə ilə Misir arasında bir müddət əvvəl imzalanan müqavilələr normal rejimdə razılaşdırılma prosesini keçir. Qüvvəyə minmiş razılaşmalar isə tətbiq edilməkdədir”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ötən gün KİV-lər Türkiyə ilə Misir arasında baş nazir Rəcəb Tayip Ərdoğanın keçən il Qahirəyə etdiyi səfər zamanı imzalanan 30-dək müqavilələrin dondurulması barədə məlumat yayıb. Qeyd olunurdu ki, Ankara bu addımı Misirdə baş vermiş hərbi çevrilişə cavab olaraq atıb.

Xatırladaq ki, Misir XİN son bir ay ərzində Türkiyənin Qahirədəki səfirini 2 dəfə izahat verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR